Emosional intellekt (EQ) və sosial intellekt (SQ) insanla əlaqəli problemləri həll etməyə və insanlarla istədiyimiz nəticələrə nail olmağa imkan verən iki intellekt növüdür. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Dünya nəhəng bir şəbəkəyə çevrildi, texnologiya sürətlə inkişaf etdi. Buna görə hamımız daha da sosial varlıqlara çevrilmişik.
Mürəkkəb mühitlərdə biz digər insanlara, hətta tanımadığımız insanlara da təsir edirik və ya əksinə. Texnologiya ilə inkişaf etdirilən ünsiyyət vasitələrinin çoxluğu və müxtəlifliyi bizim daha tez-tez sosial mühitlərdə olmağımıza, başqa insanlarla ünsiyyətdə olmağımıza və başqaları ilə işləməyimizə səbəb oldu.
Təbii ki, ənənəvi ailə münasibətlərimizdə dəyişiklik oldu, amma dəyişiklik daxildə deyil, zahiri olaraq başqa insanlarla münasibətdə oldu.
Heç kim intellektin problemlərin həllində verdiyi üstünlüyü inkar edə bilməz, lakin intellekt haqqında danışarkən bir çox insanlar analitik, kitab zəkasını düşünür, halbuki müxtəlif problemləri həll etmək üçün müxtəlif intellekt növlərinə ehtiyacımız var. Odur ki, İQ testləri ilə ölçülən intellektimizin səviyyəsi bizim hər hansı bir mövzuda problemləri həll edə bildiyimizi göstərmir, yalnız İQ və texniki bacarıqlar bizi həyatda bir yerə aparır.
Danışmağı öyrəndiyimiz dillərin sayından və hətta riyaziyyat problemlərini nə qədər tez həll etməyimizdən asılı olmayaraq, zəka daha mürəkkəb bir ölçüdür. Bizi düşündürən problemlərin əksəriyyəti insanlarla bağlıdır.
İQ səviyyəmiz nə qədər yüksək olsa da, bəzən insanla bağlı yaranan problemləri həll etmək üçün bizə kömək etmir.
İnsanlarla bağlı yaşanan problemləri həll etməyimizə və istədiyimiz nəticələri əldə etməyimizə imkan verən iki növ zəka var. Bu iş həyatında və liderlikdə uğur qazanmaq üçün çox vacibdir.
Bunlardan biri emosional intellektdir (EQ). Digəri isə sosial intellektdir (SQ).
Emosional, həssas insanların yüksək emosional intellektə malik olduğu ilə bağlı sәslәndirilәn ifadələr həqiqəti əks etdirmir.
Emosional zəka duyğularla bağlıdır, lakin emosional olmaqdan daha çox özümüzün və başqalarının emosiyalarını müəyyənləşdirmək və idarə etməklə bağlıdır.
Emosional intellekt daxili zəkadır. Bu anda baş verənlərə emosional olaraq uyğunlaşmaq və möhkəm qalmaq bacarığıdır.
Sosial intellekt isə daha geniş anlayışdır, şəxsiyyətlərarası zəkadır. Sosial intellektin emosional intellektdən əsas fərqi ondan ibarətdir ki, emosional intellekt insanın özünün və başqalarının duyğularını tanımaq qabiliyyətidir, sosial intellekt isə insanları anlamaq və onlarla ünsiyyət qurmaq bacarığıdır.
Üstəlik, emosional intellekt cari ssenarilər üçün qərarlar qəbul etməyimizə, sosial intellekt isə gələcək üçün qərarlar qəbul etməyimizə kömək edir.
Özümüzü və başqaları ilə münasibətimizi başa düşmək üçün bu modellərin hər ikisinə ehtiyacımız var.