Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.
“Bandunq prinsiplərinə əsaslanaraq, müasir dünyanın çağırışlarına birgə və adekvat cavabın təmin edilməsi” mövzüsunda keçirilən, XVIII Zirvə toplantısında 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edib. Ümumilikdə Sammit 160-a yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndələrini toplaya bilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşün açılışını edərkən qonaqları salamlayır və Sammitin əsas mövzusu sayılan pandemiyadan sonra qlobal bərpa işlərinə vacib önəm verilməli olduğunu vurğulayıb.
Cənab Prezident qeyd etdi ki, 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün təşkilata sədrlik edib. Eyni yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Buna görə də - “Biz, Üzv Dövlətlərə Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə minnətdarıq”, deyə İlham Əliyev acılış çıxışında məxsusi olaraq öz təşəkkürünü bildirib.
Qoşulmama Hərəkatının (QH) sədri kimi məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlanmasından dərhal sonra, COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən QH oldu. Pandemiya 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə mənfi təsir göstərib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Bu məqsədlə biz COVID-19-dan Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Ekspertlər Şurasının yaradılmasını təklif etmişik. Bu panel pandemiyadan sonrakı qlobal reaksiya üçün tövsiyələr hazırlaya bilər. “Mən bütün Qoşulmama Hərəkatının üzvlərini bu təşəbbüsü dəstəkləməyə çağırıram” - deyə Cənab Prezident çıxışında qeyd edib.
Biz suverenliyə hörmət, milli məsuliyyət, bərabərlik və qarşılıqlı fayda prinsiplərini rəhbər tutaraq Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəliyini Cənub ölkələri öz milli ehtiyaclarına və prioritetlərinə uyğun olaraq özləri müəyyən etməlidirlər, kənardan təsir nətiçəsində yox.
Azərbaycan COVID-19 pandemiyası dövründə olduğu kimi, ehtiyacı olan Qoşulmama Hərəkatı ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Cənab Prezident Sammitdə çıxışı zamanı qlobal müraciət elan etdi: Afrikanın və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin postpandemiya bərpası üçün. Azərbaycan ilk donor kimi hər iki qlobal müraciət üçün 1 milyon ABŞ dolları ayırıb. İnanırıq ki, Qoşulmama Hərəkatına üzv ölkələr və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və postpandemiya bərpa yolunda ehtiyacı olan ölkələrə dəstək olmaqda bizimlə həmrəy olacaq.
Çıxışında cənab Prezident daha bir vacib məsələyə toxunub. Azərbaycanın ikinci Vətən müharibəsindəki qalibiyyətini əldə etməyindən.
2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.
İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldı, bütün mədəni və dini abidələr talan və qarət edildi. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi oldu.
Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Bu fürsətdən istifadə edərək cənab Prezident Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkürunu bildirdi.
Çıxışının sonunda Cənab Prezident İlham Əliyev Sammit iştirakçılarını əmin etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının Sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin qanuni maraqlarının daha da qorunması və Hərəkatımızın beynəlxalq aləmdə nüfuzunun artırılması üçün bütün səylərini əsirgəməyəcək.
Sammitin qedişatı boyunca, çıxış edən digər iştirakçılar da, öz fikirlərini və mövqeylərini bildirdilər.
Toxunular önəmli məsələlərdən biridə, pandemiyanın miqrant və köçkünlərə münasibətdə bərabərsizliyinin daha da dərinləşdirdiyi və onlar üçün ciddi problemlər yaratdığı haqda vurğulanıb. Üstəlik, dünya əhalisinin üçdə biri hələ də COVID-19 peyvəndinin ilk dozasını almamışdır. Bildirilib ki, dünya gələcəkdə yeni pandemiyalardan immun deyil, ona görə də bəşəriyyət potensial pandemiyalara və onların mümkün nəticələrinə hazır olmalıdır.
Çıxış edənlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərin irəli sürüldüyünü qeyd etmiş və yüksək qiymətləndirmişlər.
Sammitin sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək, tədbir iştirakçılarına dərin minnətdarlığını bildirərək, tarixdən, siyasətdən və mədəniyyətdən asılı olmayaraq Hərəkata üzv dövlətlərin ümumi prinsiplər ətrafında cəmləşdiyini vurğulayıb. Nazir qeyd edib ki, hazırkı Zirvə görüşü həmrəylik, əməkdaşlıq və çoxtərəfliliyin əsl nümunəsinə çevrilib. Sammit çərçivəsində səmərəli görüşlər və gündəlikdə duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.
C.Bayramov Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə Azərbaycanın bir sıra təxirəsalınmaz vəzifələrin həllində liderlik nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam etdiriləcək.
Bakı sammitinin sonunda yekun sənəd qəbul edilib. Bununla da Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə Görüşü başa çatıb.
İlham Quliyev
SOCAR,”Neftqazelmitədqiqatlayihə” İnstitutunun Böyük mühəndisi