Əlbəttə ki, 8 Martda hər bir qız sevdiyi oğlandan sevimli çiçəklərini almaq istəyir. Təbii ki, bu pion, qızılgül və ya zanbaq da ola bilər. Əslində, sevdiyin qız, bəlkə də bu istəyində haqlıdır. Yəni onun istədiyini vermək lazımdır. Məncə, SİA oxucuları da bunu təsdiq edə bilərlər.
Ancaq sevdiyiniz qızı xüsusi və ya nə isə bir şeylə təəccübləndirmək istəyirsinizsə, bu halda, məncə ən yaxşı seçim yeməli çiçəklərdir. Görmüsünüz? Deməli görməmisinizsə, deməli ki, yeməmisiniz də...
Əslində belə bir hədiyyə mütləq təkcə gözü sevindirməyəcək, həm də mədə üçün bir ziyafətə çevriləcək.
Üstəlik, onu birlikdə də “məhv edə” bilərsiniz.
Deyim, bəli, bəli, bu şokoladlı çiyələk buketidir.
Qeyd edək ki, bunu tortla da əvəzləmək olar. Burada əsas isə zövq məsələsidir!
Mən, “gülün ömrü az olur” demədim, sadəcə olaraq dünyanın ən asan şeyi deyilən bir məsləhət idi verdim.
Nazlı Almuradova