Şəhid Şəhriyar Əlibəyli dəfn olunub - YENİLƏNİB - FOTOLAR

6 Mart 2023 12:50 (UTC+04:00)

Bu gün martın 5-i səhər saatlarında erməni təxribatları nəticəsində şəhid olan 29 yaşlı Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu son mənzilə yola salınıb. SİA xəbər verir ki, evin tək oğlu olan şəhid Şəhriyar Əlibəyli Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin yaxınları və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu II Şəhidlər Xiyabanda dəfn olunub.