ABŞ-da 2024 prezident seçkiləri üçün Respublika Partiyasından namizədliyini elan edən əvvəlki prezident Donald Tramp 3-cü Dünya Müharibəsinin qarşısını yalnız özünün ala biləcəyi iddiasını təkrarlayıb. SİA xəbər verir ki,Tramp əgər prezident seçilərsə, Ukrayna və Rusiya arasındakı münaqişəni 24 saat ərzində həll edə biləcəyini deyib.
Keçmiş prezident Donald Tramp 3-cü Dünya Müharibəsinin çıxacağını, ancaq bunun qarşısını ala biləcək yeganə lider olduğunu bildirib.
Tramp Rusiya və Ukraynadakı qarşıdurmalar üçün bu fikirləri deyib: "Rusiya ilə Ukrayna arasındakı dağıdıcı müharibəni həll edəcəyəm".