Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) araşdırması göstərib ki, Çin əksər əsas texnoloji sahələrdə elmi nailiyyətlərin sayına görə birinci yerdədir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Critical Technology Tracker” göstərir ki, Çin nanomateriallar və robototexnikadan başlamış qabaqcıl rabitə, müdafiə və kosmik texnologiyalara qədər tədqiq edilmiş 44 əsas sahədən 37-də liderlik edir.
Xüsusilə, son beş ildə Çin alimləri müasir təyyarə mühərrikləri ilə bağlı ən mühüm elmi işlərin 48,49%-nin müəllifidirlər. Bu sahədə lider olan on tədqiqat mərkəzindən yeddisi ölkə ərazisində yerləşir.
Texnologiya yarışında ikinci yerdə yeddi sahədə liderlik edən ABŞ gəlir.