Hərbçilərə TikTok-dan istifadə qadağan edilib

6 Mart 2023 00:40 (UTC+04:00)

Böyük Britaniya Xüsusi Təyinatlı Qüvvələri hərbçilərinə TikTok-dan istifadə etməyi qadağan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir. Buna səbəb olaraq TikTok-dakı məlumatların Çin və Rusiya kimi ölkələrə ötürülə biləcəyi ehtimal edilir.