İnəklər açından ölüb, yoxsa..?

4 Mart 2023 18:05 (UTC+04:00)

Novosibirsk vilayətinin Novıye Reşetı kəndindəki fermada 550 inək aclıqdan ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buna səbəb fermada yem çatışmazlığı olub.

Beləliklə yerli sakinlərin sözlərinə görə, bir il əvvəl nazxırda 800-ə yaxın inək olsa da, payızda heyvanlar tələf olmağa başlayıb.

Yerli hakimiyyət orqanlarının vəziyyəti düzəltməyə çalışdığını iddia etsə də, lakin bu, nəzərəçarpacaq effekt verməyib. İndi inək cəsədləri ilə nə etmək məsələsi həll edilir.

Maraqlıdır ki, vəziyyətlə maraqlanan yerli prokurorluq inək cəsədlərinin vəba xəstəliyi yaymasından ehtiyatlamnaraq, onların təcili olaraq kənd ərazisindən çıxarılmasına göstəriş verib.

Bundan əlavə, kənd sovetinin ərazisində fövqəladə vəziyyətin tətbiqi təklif edilib.

Qeyd edək ki, oxşar hadisə ötən ay Novosibirsk vilayətinin Şaydurovo kəndindəki fermada da baş vermişdi. Amma orada 120-150 heyvanın aclıqdan ölməsi barədə məlumat yayılmışdı.

İndi kənddə sanitar fəlakət təhlükəsi yaradan kortəbii heyvan qəbiristanlığı yaranıb.

Yeri gəlmişkən, 2021-ci ilin noyabrında Tümenin Yuqra bölgələrindən birində Afrika vəbasının epidemiyası aşkar edilmişdi ki, bu da 500-ə yaxın donuz ölümünəsəbəb olmuşdu.

Ağasəf Babayev