İsraildə təyyarə magistral yola düşüb

4 Mart 2023 16:46 (UTC+04:00)

Təcili eniş etmək istəyən kiçik təyyarə İsrailin cənubundakı Nəcəf səhrasındakı Berşeba şəhəri yaxınlığında magistral yolda qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarədən alov və qatı tüstü qalxdığı üçün səhiyyə və yanğınsöndürmə briqadaları bölgəyə göndərilib. Qəza nəticəsində təyyarədə olan iki nəfərin öldüyü açıqlanıb.