Kanada əczaçılıq şirkətlərinə narkotik istehsalı və satışına icazə verib

4 Mart 2023 15:15 (UTC+04:00)

Britaniya Kolumbiyasının paytaxtı Viktoriyadakı Sunshine Earth Labs əczaçılıq şirkəti cümə axşamı bildirib ki, Səhiyyə Departamenti şirkətə koka bitkilərindən kokain istehsal etmək və satmaq üçün lisenziya verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada şirkətə kokain, həmçinin morfin, heroin və ekstazi istehsalı və satışına icazə verildiyi bildirilib.
Nazirlik oxşar icazəni fevral ayında Adastra Labs əczaçılıq şirkətinə də verib.

Bu lisenziyaya əsasən şirkətin halüsinogen göbələklərdən əldə edilən psilosin və psilosibin, eləcə də kokain istehsal edib satması qanuniləşdirilib.