Prokurorluq təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

4 Mart 2023 15:12 (UTC+04:00)

Sexdə baş vermiş partlayışla əlaqədar prokurorluqda arşdırma aparılır. Bu barədə SİA-ya Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.