ABŞ-da silahlı hücum

4 Mart 2023 14:01 (UTC+04:00)

ABŞ-ın Texas ştatında atışma olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən baş verən hücumda 3 uşaq həyatını itirib və 2 yaralı uşaq vertolyotla xəstəxanaya aparılıb. Sözügedən 5 uşağın anası olduğu bildirilən qadın saxlanılıb.

Hücumun niyə və necə həyata keçirildiyi ilə bağlı araşdırmalar davam edir.