Supermarketdə silahlı insidentlə bağlı araşdırma aparılır

4 Mart 2023 13:16 (UTC+04:00)

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.