Rəşad Dağlının həbs müddəti uzadılıb

4 Mart 2023 13:09 (UTC+04:00)

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb. SİA xəbər verir ki, meyxanaçının vəkili Elvin Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.