Azərbaycanlı stolüstü tennisçi bürünc medal qazanıb

4 Mart 2023 12:55 (UTC+04:00)

Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib.

Federasiyadan SİA-ya verilən məlumata görə, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.

Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc mükafata layiq görülüb.