İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

4 Mart 2023 12:01 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən SİA-ya bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 42 min 796 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 462 milyon 457 min 174 manatdır.