Misirin paytaxtı Qahirə yaxınlığındakı Giza şəhərində yerləşən və dünyanın 7 möcüzəsindən biri sayılan Böyük (Xeops) Piramidasında gizli dəhlizin aşkar edildiyi açıqlanıb. SİA "Euronews" xəbər saytına istinadən məlumat verir ki, beynəlxalq araşdırma qrupu xüsusi görüntüləmə üsulu ilə sözügedən dəhlizi üzə çıxarıb.
Tədqiqatçılar, uzunluğu 9 metr və eni 2 metr olan yarımçıq dəhlizin piramidanın başqa bir hələ öyrənilməmiş otağına apara biləcəyini və ya piramidanın girişindəki təzyiqi azaltmaq üçün tikilmiş ola biləcəyini söylədilər.