Nigeriyanın cənubundakı Rivers əyalətinin Rumuekpe bölgəsində qaçaqmalçılıq yolu ilə gətirilən neft emalı zavodunda partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.
Partlayışda çox sayda insan həyatını itirib, onlarla insan yaralanıb, bir çox avtomobil külə dönüb. Rivers polisinin sözçüsü Qreys İrinqe-Koko 12 nəfərin öldüyünü və ölənlərin şəxsiyyətinin hələlik məlum olmadığını bildirib.