Bakı-Qələbə-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır

4 Mart 2023 10:51 (UTC+04:00)

Mart ayının 18-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qələbə-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır. SİA xəbər verir ki, sürət qatarının reysləri həftə sonları təşkil olunacaq.

Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq.

Qeyd edək ki, Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub.