Daha iki azərbaycanlı cüdoçu Böyük Dəbilqədə mübarizəyə başlayacaq

4 Mart 2023 09:13 (UTC+04:00)

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. SİA xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb