18 yaşlı gənc bıçaqlanıb

4 Mart 2023 09:02 (UTC+04:00)

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini 2005-ciil təvəllüdlü Nəsirov Sadiq İmran oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaxınları bildirib ki, S. Nəsirov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.