“Zerda” serialının çəkildiyi villa da dağılıb - FOTO

4 Mart 2023 00:42 (UTC+04:00)

Türkiyədə baş verən zəlzələlərdə 2002-2004-cü illərdə yayımlanan “Zerda” serialının çəkildiyi villa da dağılıb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, tarixi və bağçası ilə bölgənin əhəmiyyətli turizm mərkəzləri arasında yer alan Hurşit Ağa villasının yerində daş yığınları qalıb.

Qeyd edək ki, milyonlarla insanı ekrana bağlayan serialın baş rollarını Ece Uslu və Yavuz Bingöl canlandırıb.