Quşlarda yeni bir xəstəlik–plastikoz aşkar edilib

3 Mart 2023 20:48 (UTC+04:00)

Quşlara ilk dəfə olaraq, mədə fibrozu diaqnozu qoyulub ki, bu da onlarda plastik qəbul etmələri ilə formalaşır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, elm adamları yeni xəstəliyin adını plastikoz qoyublar.

Tədqiqatın müəllifləri Avstraliyanın kiçik bir adasındakı lələk quşlarını tədqiq ediblər və müəyyən ediblər ki, quş nə qədər çox plastik udarsa, mədəsində bir o qədər çox çapıq əmələ gəlir.

Qeyd edək ki, plastikoz hətta cücələrdə də aşkar edilib - tədqiqatçılar hesab edirlər ki, bu onların çirklənmiş qida ilə qidalanmasının nəticəsidir.

Beləliklə, quşlar yeməkləri ilə birlikdə plastik parçaları qəbul edirlər - bu, həzm sisteminin toxumalarının iltihabına, sonradan çapıqlara və eybəcərliyə səbəb olur.

Və bu da heyvanların həzminə, böyüməsinə, eləcə də sağ qalmasına təsir göstərir.

O da qeyd edilməlidir ki, quşların mədə-bağırsaq traktında tapılan təbii materiallar fibroza səbəb olmayıb, bundan elm adamları çapıqların məhz plastikə görə meydana gəldiyi qənaətinə gəldilər.

Tədqiqatçılar hesab edirlər ki, plastiloza planetin başqa yerlərindəki digər quş növlərində də rast gəlinə bilər. Onlar iddia edirlər ki, plastikin orqanizmlərə təsiri qaçılmazdır, çünki dünyada plastik çirklənmə artsa da, amma onun təsirləri yenicə öyrənilməyə başlayıb.

Ağasəf Babayev