Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edəbilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahanaburaxılış vərəqələrini çap edə bilərlər. DİM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2023-cü il martın 12-də Bakışəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevirşəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Fizuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin Bakı xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisigürcü dilində olan məktəblərdə Dövlət İmtahan Mərkəzitərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılışimtahanı keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcəkşagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahanaburaxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərinimtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər işnömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyətitəsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılışimtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməliolan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğunrayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alanşagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər vərayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyişəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahanverirlər.