"Qərbi Azərbaycana Qayıdış Konsepsiyamız da hazırdır və Milli Məclisdə məsələ ilə əlaqədar dinləmələr keçirilir: Son 200 ildə Qərbi Azərbaycanda yaşayan sondaşlarımızın milli hüquqları pozulub". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan icmasının sədri, deputat Əziz Ələkbərli insan hququları komitəsinin iclası zamanı deyib.
Onun sözlərinə görə, bütün bunlar ÇAR Rusiyasının Qafqazı işğalı və ermənilərin bu regiona köçürülməsi ilə başlayıb: "Bununla da soydaşlarımız etnik təmizləmələrə məruz qalıblar. Həmin ərazilərin əhalisinin rəyi də nəzərə alınmamışdı. Eyni hal Zəngəzurun bölünməsində də yaşandı. Bu zaman da azərbaycanlıların rəyi soruşulmadı. Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalı və beynəlxalq insan hüquqları təşkilatları qarşısında soydaşlarımızın problemləri qaldırılmalıdır"- deyə, Ə.Ələkbərli vurğulayıb".