"20 minə yaxın ailə ilə bağlı araşdırmalar aparılıb və onlara dəyən zərər araşdırılır". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İnsan hüquqları komitəsinin iclasında bildirib.
O qeyd edib ki, cənab Prezidentin çıxışlarından sonra heç kimdə tərədüd yarana bilməz ki, biz öz yurdumuza qayıtmayacayıq: "Biz tarixi torpaqlaırmıza qayıdacıyıq. Bu dəyişməz bir faktdır".