"Bu mövzuda iclaslarımızın sayı artacaq" - ZAHİD ORUC

3 Mart 2023 11:02 (UTC+04:00)

Bu gün Milli Məclisdə ilk dəfə olaraq geniş bir şəkildə Qərbi Azərbaycan mövzusunda iclas təşkil olunub. SİA xəbər verir ki, millət vəkili Zahid Oruc İnsan hüquqları komitəsinin iclasında bildirib.

O, bu iclasın həyata keçirilməsi üçün dəstək verdiyinə görə Milli Məclisin sədri sahibə Qafarovaya öz təşəkkürlərini bildirib: "Bu mövzuda iclaslarımızın sayı artacaq".

Qeyd edək ki, bu gün milli Məclisdə İnsan hüquqları komitəsində “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda iclas keçirilir.