Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli səhər saatlarında qəflətən ürək tutmasından dünyasını dəyişib. SİA xəbər verir ki, 48 yaşlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin hazırda vida mərasimi keçirilir. Belə ki, onu sevənlər, yaxınları və ailə üzvləri Məşədi Dadaş Məscidində onunla vidalaşırlar.
Qeyd edək ki, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. Onun dəfni köhbə Yasamal qəbirstanlığında olacağı barədə məlumat verilib.