Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

2 Mart 2023 11:01 (UTC+04:00)

5 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzitərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızırayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam ortaməktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərindəaparılan ümumtəhsil müəssisələrinin məzunlarıüçün buraxılış imtahanı keçiriləcək. DİM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri vəmaterialların daşınması Azneft İstehsalat Birliyininhelikopteri vasitəsilə həyata keçiriləcək.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınmasıməqsədilə imtahan iştirakçıları üçün imtahan binasınamüxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeydolunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşıtamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyətvəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər DövlətMiqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləriisə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılışvərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 23-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlardaümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb.İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışırejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb.

Martın 5-də keçiriləcək imtahanda 50498 şagirdiniştirakı nəzərdə tutulur.

İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdənəlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent dəiştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahanverməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlarkeçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahanzallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçünzəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanmərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.