Məşhur sənətçinin gəliri zəlzələ qurbanlarına bağışlanacaq

2 Mart 2023 10:23 (UTC+04:00)

Məşhur sənətçi Sertap Erenerin 9 mart Azərbaycan konsertinin gəliri zəlzələ qurbanlarına bağışlanacaq. SİA xəbər verir ki, bu barədə konsertin təşkilatçıları məlumat verib. Qeyd olunub ki, müğənni tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq.

Qeyd edək ki, konsert “Kevents” və “Peachline”nın təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində reallaşacaq.