Vatsap yeni funksiyalarını təqdim etməyə hazırlaşır

2 Mart 2023 00:40 (UTC+04:00)

Vatsap mobil tətbiqi yeni funksiyalarını istifadəçilərə təqdim etməyə hazırlaşır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiyalar istifadəçilərin işlərini daha da rahatlaşdıracaq. Artıq vatsap statusu kimi səsli mesaj yaza bilmək mümkün olacaq.

Həmçinin, statuslara emoji ilə cavab verə biləcəksiniz. 8 hazır emojidən birini göndərmək seçimi təqdim ediləcək.