“Twitter” çökürmü?

1 Mart 2023 20:26 (UTC+04:00)

“Twitter” sosial media platforması bütün dünyada iflasa uğrayıb.

“Twitter” istifadəçiləri səhər saatlarından etibarən tətbiq axınına çata bilməyib.

Bu cür kəsintiləri izləyən “Down Detector” veb-saytının məlumatına görə, hazırda 5000-dən çox problem qeydə alınsa da, kəsilmənin səbəbi qeyri-müəyyən olaraq qalır.

SİA-nın əldə etdiyi məlumata görə, “Twitter” istifadəçilərinin 62 faizi proqram, 34 faizi internet saytı, 4 faizi isə server bağlantısı ilə bağlı problem yaşadığını bildirib.

Məsələ Elon Maskın “Twitter”də daha 200 əməkdaşını - qalan işçi qüvvəsinin təxminən 10 faizini işdən çıxarmasından bir neçə gün sonra ortaya çıxıb.

Qeyd edək ki, fevralın 25-indən elan edilən ixtisarlar “Twitter”in işçi qüvvəsini 2000-dən aşağı salıb.