Sağlam və güclü bir immunitetə sahib olmaq üçün qidalanmadan tutmuş şəxsi gigiyenaya qədər nəzərə alınması lazım olan bir çox detal var. Bəs, şəxsi gigiyena nədir və niyə vacibdir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Şəxsi qulluq insanların gözəl görünüş və sağlam bədənə sahib ola bilmələri üçün gündəlik etdikləri dəri təmizliyidir. Üzün yuyulması, əllərin yuyulması və dişlərin fırçalanması kimi əsas davranışlar şəxsi baxım sahəsinə aiddir.
Sağlam olmaq üçün şəxsi gigiyenaya böyük diqqət yetirmək lazımdır. Sağlam bədənə sağlam və gigiyenik şəxsi qayğı ilə nail olmaq olar.

İnsan öz təmizliyinə diqqət yetirmək və ətrafa pis qoxular buraxmamaq üçün şəxsi qulluğuna fikir verməlidir. Bunun üçün gündə üç dəfə dişləri fırçalamaq, müəyyən aralıqlarla duş qəbul etmək, dezodorantdan istifadə etmək və s. lazımdır.
Bəzən gündəlik həyatın təlaşında özümüzə vaxt ayıra bilmirik. Lakin bunları bəhanə edib şəxsi gigiyenaya biganə yanaşmaq lazım deyil.
Şəxsi gigiyena insanın baxımlı olması üçün nə etməli olduğunu ifadə edən anlayışdır. Bu konsepsiya bədən, ağız və dişlər, əllər və ayaqlar və əsas səviyyədə saç baxımını əhatə edə bilər. Yəni həyatınızı təmiz və baxımlı şəkildə davam etdirmək üçün atmanız lazım olan addımları şəxsi baxım anlayışı ilə izah etmək mümkündür.

Digər tərəfdən, şəxsi gigiyenanın əhatə dairəsi müxtəlif qulluq texnikaları və məhsulları ilə genişləndirilə bilər. Bədənin aşındırılması dərinin cavanlaşması, manikür, pedikür, quru fırçalama, spa masajları və daha çox nümunələrlə şaxələndirilə bilər. Bu səbəbdən, fərdi baxım proseslərinin əsas səviyyəsi hər kəs üçün eyni olsa da, fərdi baxım prosesləri ehtiyaclara görə fərqlənə bilər.
Niyə şəxsi gigiyena bu qədər önəmlidir?
İnsanın özünü daha yaxşı hiss etməsi üçün edilə biləcək hər şey şəxsi baxım çərçivəsindədir. Çünki öz şəxsi qayğısına diqqət edən insanlar ətrafdakı insanlara daha gözəl görünür və cəmiyyətdə də yaxşı yer tuturlar. Nəticədə özlərini yaxşı və xoşbəxt hiss edirlər.
"Şəxsi gigiyena nədir?" sualının cavabını bilməyən və ya kifayət qədər əhəmiyyət verməyən insanların fiziki sağlamlığı ideal səviyyədə ola bilməz. Bu, təbii olaraq müxtəlif xəstəliklərə yol açır.
Təmiz və baxımlı olmaq özünüzə inamınızı artıracaq, sizi daha xoşbəxt edəcək və enerjinizi digər insanlara əks etdirməyə kömək edəcəkdir. Buna görə də, şəxsi qayğının həyatın demək olar ki, hər sahəsini əhatə edən bir anlayış olduğunu iddia etmək səhv olmaz.
Bütün insanların diqqət etməli olduğu fərdi baxım prosesləri təəssüf ki, cəmiyyətdə qadınlara xas bir məsələ kimi qəbul edilir. Bununla belə, hər kəs sağlam həyat sürmək, başqalarına gözəl görünmək və özünü xoşbəxt hiss etmək üçün şəxsi qayğısına laqeyd yanaşmamalıdır.
Gəlin əsas şəxsi qayğı təcrübələrinə birlikdə nəzər salaq.
Bədən baxımı
Bədənin bütün hissələrinin təmizlənməsi şəxsi qulluğun əvəzsiz hissəsidir. Bu səbəbdən bədən baxımı üçün həftədə ən az üç dəfə duş qəbul etməyinizi tövsiyə edirik. Duş zamanı bədən tipinizə xas təmizləyici vasitələrlə bədəninizin yaxşıca təmizləndiyinə əmin olmalısınız. Duşdan çıxdıqdan sonra bədəninizi lazımi nəmlə təmin etmək üçün bütün bədəninizi nəmləndirici losyonla nəmləndirmək vacibdir. Bundan əlavə, bədən spreyi istifadə edərək bədəninizə xoş bir qoxu verməniz sizin üçün faydalı olacaq.

Bədən baxımına biganə yanaşmaq əsasən də qadınlarda ciddi infeksion qadın xəstəliklərinə səbəb ola bilər. Belə ki, bunlardan biri də vaginal göbələkdir. Kandidoz olaraq da bilinən vaginal göbələk infeksiyası qadınlarda ümumi bir sağlamlıq problemidir. Normal şəraitdə vaginal florada bəzi bakterial və göbələk hüceyrələri var. Ancaq bakteriya və göbələklərin balansı dəyişdikdə, candida adlanan göbələk hüceyrələri çoxalda bilər. Bu vəziyyətdə, şiddətli qaşınma, şişlik, axıntı və qıcıqlanma ilə xarakterizə olunan kandidoz adlanan vaginal infeksiya meydana gəlir. Simptomlar adətən dərman qəbul etməklə bir neçə gün ərzində yox olur. Daha ciddi infeksiyalarda simptomların aradan qalxması iki həftə çəkə bilər. Vaginal göbələk infeksiyası olduqdan sonra bunun təkrarlanma ehtimalı artır.
Vaginal göbələk riskini azaltmaq üçün pambıq və dar olmayan alt paltarlara üstünlük verilməlidir. Bundan əlavə, aşağıdakılardan qaçınmaq bu infeksiya riskini azaltmağa kömək edə bilər:
- Dar şalvar geyinmək olmaz.
- Köpüklü vannalar, pedlər və tamponlar kimi ətirli məhsullar olmaz.
- Jakuzi və ya həddindən artıq isti su ilə vannalar olmaz.
- Soyuqdəymə kimi viral infeksiyalar üçün antibiotiklərin lazımsız istifadəsi olmaz.
- Üzgüçülük və idman paltarları kimi yaş paltarları uzun müddət əyindən çıxarmamaq yanlışdır.
Bir sözlə insanların ümumi istifadə etdiyi şəxsi baxım məhsullarından qadınlar vaginal göbələk infeksiyasına yoluxa bilər. Buna misal olaraq Türkiyədəki zəlzələdən sonrakı mənzərəni nəzərdən keçirək. Belə ki, zəlzələdən sonra insanlar müvəqqəti çadır və sığınacaqlara yerləşdirildi. Bildyimiz kimi, belə yerlərdə də əsasən ayaqyolu ümumidir. Bu halda da infeksiya riski çox yüksəkdir. Həmçinin, duş qəbul etmək üçün də əlverişli şərait olmaya bilir. Bu baxımdan da infeksiya qaçınılmazdır.
Arzuolunmaz tüklərin müntəzəm aradan qaldırılması da şəxsi qulluq sahəsinə daxildir. Bu həm kişilərə, həm də qadınlara aiddir.
Saça qulluq
Gün ərzində havada olan mikroblara, toza və tüstüyə məruz qalan saçlarınıza qulluq həm gigiyenanız, həm də görünüşünüz üçün önəmlidir. Saç baxımının ilk addımı olaraq saçınızı mütəmadi olaraq yumaq lazımdır. Ancaq məşhur inancın əksinə olaraq, saçınızı hər gün yumaq baş dərisinin qurumasına və saçınızın təbii quruluşunun pozulmasına gətirib çıxarır. Bu səbəbdən saçınızı iki-üç gündə bir saç tipinizə uyğun şampunla yumaqda fayda var.
Digər tərəfdən, saçınızın ehtiyaclarına uyğun olaraq zaman-zaman qulluq məhsulları tətbiq edərək saçlarınızın daha sağlam görünməsini təmin edə bilərsiniz. Bundan əlavə saç tipinizə xas təbii saç baxım maskaları ilə dolğun, yumşaq və parlaq saçlara sahib olmaq mümkündür.
Diş və ağız baxımı
Yemək və içki qalıqları dişlərin üzərində toplandığı üçün dişlərinizi müntəzəm fırçalamaq şəxsi gigiyena baxımından böyük əhəmiyyət kəsb edir. Dişlər arasında yığılan qalıqları təmizləmək üçün diş ipindən də istifadə etməlisiniz. Dişləriniz sarıdırsa, diş ağardıcı vasitələrdən istifadə edib, müntəzəm olaraq diş həkiminizə müraciət edə bilərsiniz.
Əl və ayaqlara qulluq
Əllərinizə və ayaqlarınıza qulluq etmək son dərəcə vacibdir, çünki onlar bədəninizin ən çox istifadə etdiyiniz hissələridir. Bu mənada çöldən evə qayıdanda ilk növbədə əllərinizi yuyub dırnaqlarınızın arasını təmizləməlisiniz. Yeməkdən əvvəl və sonra əllərinizi bol su və sabunla yuduğunuzdan da əmin olmalısınız.
Dırnaqlarınızı oval formada kəsməyinizi və sonra dırnaqlarınızı kəsərkən kənarlarının çox düz olmamasını məsləhət görürük. Sonra nəmləndirici krem çəkərək şəxsi baxımınızı tamamlaya bilərsiniz. Bundan əlavə, hər iki həftədən bir manikür və ayda bir dəfə pedikür etməlisiniz.
Üz baxımı
Üz baxımı səhər oyandığınız andan başlayır. Hər səhər yuxudan duran kimi üzünüzü dəri tipinizə uyğun sabunla yumalısınız. Bundan əlavə, hər gün və ya iki gündə bir üz təmizləyici gel ilə üzünüzü masaj edərək üzünüzü yumalı və dərinizin dərindən təmizlənərək təravətləndirilməsini təmin etməlisiniz. Hər yumadan sonra isə üzünüzü nəmləndirin.

Cərrah, mama-ginekoloq Ləman Əliyeva: "Zəlzələ bölgəsindəki insanlar günlərlə natəmiz şəraitdə dağıntılar altında qalıblar. Əlbəttə ki,insanların günlərlə belə şəraitdə qalması çox çətindir və ciddi problemdir. Düşünün ki, bu dağıntılar altında cəsədlər də var ki, bu da xəstəliklərə səbəb olur. Hələ havaların soyuq olması bir sıra infeksiyaların qarşısını alır. Təsəvvür edin ki, hava isti olsa idi nələr baş verə bilərdi...
Bundan əlavə belə yerlərdə ayaqyolu da ümumidir. Bu da cinsi yolla keçən infeksiyaların yayılmasına və natəmiz şəraitdə mikrobların inkişaf etməsinə səbəb olur.
Həmçinin, sudan da bağırsaq infeksiyaları kimi xəstəliklər keçə bilər.
Daha sonra, zəlzələ nəticəsində insanların bir çoxunun geyimi kirli və tozludur. Əgər şəxslərin bədənində açıq yara varsa, bu dəri qatından, yaxud ağız-burun yolundan keçə bilər".
Həkim infeksionist Leyla Əmrahova: "İnfeksiyalar daha çox immun sistemi zəif olan yetişkin və uşaqlar arasında rast gəlinir.
Güclü zəlzələdən sonra insanlar dağıntılar altında qalır və ölüm halları olur. Bir qrup insanlar isə dağıntılar altından xilas olsalar da travmalar və infeksion xəstəliklər nəticəsində həyatlarını itirirlər. Bu infeksiyaların yaranmasına da bir çox faktorlar səbəb olur. Bu infeksiyalar su, elektrik, kanalizasiya, qaz təhcizatlarının pozulması, insanların toplu şəkildə bir yerdə qalmaları, həmçinin yetərsiz qidalanma, təmiz içmə suyunun olmaması və s.səbəblərdən qaynaqlanır.
Təmiz içməli suyun olmaması və yetərsiz qidalanma ishallara, rotavirus, adenovirus infeksiyalarına, hepatit A və s. xəstəliklərə səbəb ola bilər.
Bundan başqa, əsasən uşaqlar arasında yuxarı və aşağı tənəffüs yolları infeksiyaları, dəridə piodermiya kimi infeksiyalar da artım göstərir".
Ayşən Vəli