Covid-19 müalicəsi üçün yeni dərman tapıldı

1 Mart 2023 15:09 (UTC+04:00)

Covid-19-un müalicəsində yeni bir addım atıldı. SİA xarici mətbuata istinadən xəbər verir ki, süni intellektlə hazırlanmış ilk koronavirus dərmanının klinik sınaqlarına başlanılıb. Honq-Konqda yerləşən "Insilico Medicine" klinikadan verilən məlumata görə, ISM3312 terapevtik məhsulunun viral yükü və ağciyərlərdə iltihabı "əhəmiyyətli dərəcədə azaltdığı" aşkar edilib. Hazırda da bu dərmanın üzərində müəyyən yoxlamalar aparılır.