Ronaldo fevral ayının ən yaxşı futbolçusu olub

1 Mart 2023 14:27 (UTC+04:00)

Futbol karyerasını Səudiyyə Ərəbistanında davam etdirən portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı ulduz "Əl Taavon" matçında 2 məhsuldar ötürmə ilə fevral ayının ən yaxşı oyunçusu olmağı bacarıb.