İngiltərədə Türkiyə üçün dönər kampaniyası keçirilir

1 Mart 2023 14:23 (UTC+04:00)

Kahramanmaraşda baş verən və minlərlə vətəndaşın həyatını itirdiyi dağıdıcı zəlzələlərdən sonra dünya Türkiyəyə yardım əlini uzatmağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə dönər kampaniyası həyata keçirilir. Belə ki, satılan dönərlərin hər birindən əldə olunan gəlirin yarı faizi Türkiyə üçün toplanılan vəsaitə əlavə olunacaq.