Qadınlar dünyamızın incə varlığıdır. Onlar daim uca tutulur. Xüsusi vurğulamaq lazımdır ki, qadınlar qızıla bərabər və əlçatmazdır. Çiçəyə bənzəyən xanımlarımız daim qayğı, sevgi ilə yaşamağa layiqdirlər.
Dini görüşlərə qısa nəzər salsaq görərik ki, qadın kişinin sol qabırğa sümüyündən yaranıb. Bunun çox dərin mənası var. Kişinin sol qabırğası ürəyə yaxındır və bu o deməkdir ki, qadın sevilib-sevmək, ona dəyər vermək, daim qayğı göstərmək üçün yaradılmışdır.
Tarixi faktlara əsaslansaq əslində bu bayram kimi qeyd olunmurdu. 8 Mart Beynəlxalq qadınlar gününün təşəbbüskarı qadın hüquqlarının müdafiəçisi, alman siyastçisi və kommunist hərəkatının fəal iştirakçısı Klara Setkin olmuşdur. İlk dəfə 8 mart qadınların aşağı maaşla uzun müddətdə işləməsinin, qanunsuzluğa qarşı, hüquqlarının qorunması üçün etiraz tətilləri kimi tarixdə iz qoymuşdur. Bu aksiya ilk Nyu-Yorkda başlasa da daha sonra digər ölkələrdə qadınların ayağa qalxmasına təkan vermişdir. İlk dəfə Beynəlxalq qadınlar gününün keçirilməsini də məhz elə Klara Setkin təklif etmişdir. Təklifə bir çox ölkələr razılıq vermiş və dünyada yayılmışdır. Zaman keçdikcə 8 mart beynəlxalq bayram kimi 1977-ci ildə BMT tərəfindən rəsmiləşdirilmişdir. Maraqlı məqamlardan biri isə budur ki, 8 martın öz rəngləri var: bənövşəyi-ləyaqət və ədaləti, yaşıl-ümidi, ağ rəng isə saflığı, təmizliyi əks etdirir.
Rəsmi şəkildə 8 martın keçirildiyi ölkələrdən biri də məhz elə Azərbaycandır. Dövlətimizin qadınlara etdiyi güzəştlər, göstrədiyi hörmətlər, dəstəklər və digər sosial işlərin sayı-hesabı yoxdur. Hər il 8 mart Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Həmin gün qadınlar istirahət edir, qohumlar, yaxınlar tərəfindən təbrik alırlar. Bir inciyə bənzəyən xanımlarımız öz əzmkarlığı, sədaqətliyi, zəhmətkeşliyi ilə dünya qadınlarından qat-qat öndədir. Qüdrətli tariximizdə də bu belədir. Xanların, şahların xanımları, anaları və qızları qüruru, qorxmazlığı, şücaəti ilə diqqətləri üzərlərinə çəkmişdir. Həmin dövrün qadınları at üstündə qılınc belə oynatmağa qadir idilər.
Həqiqətən də qadın böyük qüvvədir. Onun istəyibdə əldə edə bilməyəcəyi heçnə yoxdur. 8 Mart Beynəlxalq Qadınlar Günü də elə məhz öz sözünü deməyi bacaran və xanımlıq xüsusiyyətlərini özündə yüksək səviyyədə əks etdirən qadınların bayramıdır. Xanımlar təkcə 8 martda deyil, hər gün bizim üçün əzizdir.
Nurcan İsmayılova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi