#QadınGülərsə sosial kampaniyasına start verilir

1 Mart 2023 11:46 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə #QadınGülərsə sosial kampaniyasına start verir. SİA-ya verilən məlumata görə, kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər.

Elm və Təhsil Nazirliyi hər kəsi bu kampaniyaya qoşulmağa çağırır.

Əziz və dəyərli xanımlarımız, bayramınız mübarək olsun!

#QadınGülərsə, dünya gülər!

#QadınGülərsə, zəkalar işıqlanar!