Rəvanqulu Xanın portretinin İcmaya hədiyyə edilməsi mərasimi baş tutur - YENİLƏNİR- FOTOLAR

1 Mart 2023 11:18 (UTC+04:00)

Bu gün Qərbi Azərbaycan İcmasında görkəmli artist Muxtar Avşarın oğlu Rza Avşarın öz əlləri ilə hazırladığı, Rəvanqulu Xanın böyük portretinin İcmaya hədiyyə edilməsi mərasimi baş tutur. SİA xəbər verir ki, Rza Avşar Əzim Əzimzadə adına məktəbin məzunudur və 1974-cü ildən bu yana dünyanın müxtəlif ölkələrində əsərləri sərgilənir. 60 illik yubileyi münasibətilə Azərbaycanın əməkdar rəssamı adına layiq görülüb. İrəvan əsilli Rəssam Rəvanqulu Xanın portretini şəxsən İcmaya hədiyyə edir.