Sibel Can əldə edəcəyi gəliri AFAD-a bağışlayacaq

1 Mart 2023 07:15 (UTC+04:00)

Məşhur sənətçi Sibel Can 8 Mart - Dünya Qadınlar günündə Azərbaycanda verəcəyi konsertin gəlirini zəlzələ qurbanlarına bağışlayacaq. SİA xəbər verir ki, Sibel Can Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq.

Bu barədə danışan ifaçı “Kədərimizin çarəsizliyə çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var” deyib.