Mourinyo baş hakimi təhqir etdi və qovuldu

28 Fevral 2023 23:37 (UTC+04:00)

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 24-cü turunda "Kremoneze"yə qarşı hazırda keçirilən oyunda texniki zonadan qovulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin ikinci hissənin startında matçın baş hakimi Marko Piççininin qərarından narazı qalıb və onu təhqir edib.

Referi isə Mourinyoya birbaşa qırmızı vərəqə göstərərək, texniki zonadan qovub.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan qarşılaşmada hesab 1:1-dir.