Azərbaycanda son sutkada 237 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 58, ikinci doza vaksinlərin sayı 78 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 88-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 948 min 967 olub.