Modelyerin gəlini ilə arasındakı ədavət bitmir

28 Fevral 2023 16:09 (UTC+04:00)

Məşhur xarici sima Bekhemlərin oğlu Bruklin Bekhem və Nikola Peltz ikinci toylarını edəcəklər. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük evliliklərinin birinci ildönümündə yeni mərasim keçirəcək.

Nikolaya yaxın mənbədən bildirilib ki, ikinci toy Nikola və Bruklinlə yanaşı Viktoriya Bekhem üçün də faydalı olacaq. Bundan sonra modelyerin gəlini ilə arasındakı ədavət bitə bilər.

Bundan başqa bildirilib ki, Nikolanın birinci toyu onun üçün gərgin keçib. Onun üçün ən özəl gününün şəkillərinə belə baxmağın çətin olduğu deyilib.