Toy günü bəy öz baldızı ilə evləndi

28 Fevral 2023 14:07 (UTC+04:00)

Hindistanın Qucarat əyalətinin Nari kəndində gənc cütlük uzun müddətdən sonra evlənmək qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, uzun hazırlıqlardan sonra toy günü gəlib çatsa da, cütlük toy günü gözlənilməz hadisə ilə üzləşib.

Toy mərasimi kabusa çevrilib. Mərasim zamanı yerə yıxılan gəlin təcili olaraq xəstəxanaya çatdırılıb. Edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirən gənc qadının səlahiyyətlilər tərəfindən infarkt keçirdiyi açıqlanıb. Gənc qadının ölümündən sonra atası bəyə maraqlı təklif edib.

Mərasimi pozmaq istəmədiyini deyən ata gəncə digər qızı ilə evlənməsini deyib. Bəyin bu təklifi qəbul etdiyi və ölən qadının cəsədinin toy bitənə qədər morqda saxlandığı bildirilib.