Az miqdarda duz istehlakı ölüm riskini artıra bilər

27 Fevral 2023 19:25 (UTC+04:00)

2,5 qramdan az duz istehlakı ürək çatışmazlığı olan xəstələr üçün zərərli ola bilər.

SİA-nın TRT-yə istinadən xəbər verir ki bu barədə Healthday saytında məlumat paylaşılıb. Bildirilir ki aparılan 9 elmi araşdırma nəticəsində gündə 2,5 qramdan az duz istehlakının heç bir fayda vermədiyi və ölüm riskini artırdığı müəyyən edilib. Bu tədqiqatlarda ürək çatışmazlığı olan təxminən 3500 insanda müxtəlif natrium səviyyələri qiymətləndirilib.

Tədqiqatçılar müəyyən ediblər ki, natrium qəbulu gündə 2,5 qramdan az olan xəstələrin ölüm riski, istehlak miqdarı gündə 2,5 qram və ya daha çox olanolanlara müqayisədə 80% daha yüksəkdir.

Nəticələri martın 5-də Amerika Kardiologiya Kollecinin illik yığıncağında paylaşaçaq olan aparıcı müəllif Doktor Anirudh Palicherlanın sözlərinə görə natrium pəhrizi ürək çatışmazlığı olanlarda ölüm riskini artırır. Palicherla qeyd edib ki, natriumu məhdudlaşdırmaq yerinə istehlakın təhlükəsiz səviyyəsinin müəyyən edilməsinə diqqət yetirilməlidir.