“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyətininəsas istiqamətlərindən olan ekologiya və ətraf mühitinmühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi iləəməkdaşlığı genişləndirir. Şirkət növbəti addım olaraqNazirliyin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə qoşulub. SİA xəbər verir ki, layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatlarınqorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarmasisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasınatöhfə verməkdir. Layihə çərçivəsində ilkin mərhələdə“Azərlotereya” 1 000 ədəd ağacın əkilməsi üçün ianə edib. Şirkət bundan sonra da layihəyə dəstək göstərməyə davamedəcək.
“Yaşıl Gələcək” layihəsi ölkəmizin yaşıllaşdırılmasında könüllüiştirakı nəzərdə tutur. Ağac əkilməsinə dəstək olmaq istəyənləryasilgelecek.az saytına daxil olaraq ətraflı məlumat əldə edəbilərlər.
Qeyd edək ki, “Azərlotereya” daha öncə Nazirliyin təşkilatçılığıilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına da qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabadqəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminəuyğun 3 000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarıağacları əkilib.
Aksiyaların məqsədi ağac əkilməsini təşviq edərək təbiətinmühafizəsinə, eləcə də, sağlam ekoloji mühitin yaradılmasınatöhfə vermək, gələcək nəslə yaşıl miras qoymaqla ətraf mühitinmühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.