“MİQ imtahanında imtahan vaxtına 30 dəqiqə əlavə ediləcək“ - NAZİR DANIŞDI

27 Fevral 2023 14:20 (UTC+04:00)

“Bu il də aktual mövzulardan biri müəllimlərin işə qəbulu məsələsidir. İşə qəbul prosesi demək olar ki, eyni qaydada aparılacaq”. SİA xəbər verir ki, bu sözləri brifinqdə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, əsas dəyişiklik ondan ibarətdir ki, bütün fənlər üzrə müəllimlərin işə qəbulunda imtahan vaxtına 30 dəqiqə əlavə ediləcək: “Əlavə olaraq yeni dəyişikliklərlə bağlı qərarlar rəsmiləşdirildikdən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək”.