“Orta əmək haqqının 1000 manatdan yuxarı olması proqnozlaşdırılır” - Emin Əmrullayev

27 Fevral 2023 15:50 (UTC+04:00)

“Müəllimlərin əməkhaqqısı hökümətin və dövlətin hər zaman diqqətində olan məsələdir. 2014-cü illə müqayisədə müəllimlərin əməkhaqqısı 267 manatdan 790 manata qədər artmışdır”. SİA xəbər verir ki, bu sözləri media üçün keçirilən brifinqdə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, sertifikatlaşdırmadan keçən 1195 müəllimin uğurla keçənlərinin əməkhaqları 790 manatdan 840-a qədər qalxacaq: “İki ildən sonra müəllimlərin orta əmək haqqısının 1000 manatdan yuxarı olmasını proqnozlaşdıra bilərik.

Təbii ki, neçə saat dərs keçirilməsi və dərsin dəyəri də əməkhaqqında rol oynayır. 30000-ə yaxın müəllim 500 manata qədər əməkhaqqı alır. Bunun səbəbi həmin müəllimlərin dərs saatlarının 8 saat olmasıdır. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər isə adətən təhsil müəssisənin kiçik və şagirdlərin də az olmasıdır”.