“35000-dək müəllimin sertifkatlaşmaya cəlb olunmasını planlaşdırırıq” - NAZİR DANIŞDI

27 Fevral 2023 15:39 (UTC+04:00)

“Keçən il 11113 müəllim sertifikatlaşmaya cəlb olunmuşdur. Bu il ölkə ərzində bütün ibtidai sinif müəllimlərinin, eyni zamanda ölkə üzrə bütün Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması nəzərdə tutulur”. SİA xəbər verir ki, bu sözləri media üçün keçirilən brifinqdə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ümumilikdə bu il 35000-dək müəllim sertifikatlaşdırma imtahanlarından keçəcəklər. Bu həm də onların əməkhaqlarının artması deməkdir. Belə ki, sentyabr ayından etibarən uyğun olaraq əməkhaqlarına 10,35 faiz əlavələr olunacaq. Ümumilikdə isə serifikatlaşmanın 2024-2025-ci illərdə yekunlaşması nəzərdə tutulur”.