Makronun mühafizəçiləri etirazçı qadına şiddət göstərib

27 Fevral 2023 12:50 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron dünən Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yarmarkada Makrona etiraz etmək istəyən etirazçı onun qarşısına atılıb. Makronun mühafizəçilərinin qadın etirazçıya müdaxiləsi sərt olub. Fransa prezidenti E.Makronun qatıldığı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayişçinin etirazından sonra onun mühafizəçiləri qadın etirazçını saçından tutub yerdə sürüyüblər. Etirazçı mühafizəçilər tərəfindən saçından sürüklənərək ərazidən uzaqlaşdırılıb.

Nurcan ismayılova